ABŞ Prezidenti Donald Tramp NBC jurnalisti Kristen Uelkerin sualına sərt reaksiya verərək müsahibəni yarımçıq dayandırıb.
Məlumata görə, jurnalist Trampa onun illərdir səsləndirdiyi “yeni müharibələr başlamamaq” vədini xatırladıb və bu açıqlamanın İran ətrafındakı vəziyyətlə əlaqəsini soruşub.
Sualdan narazı qalan Tramp jurnalistə sərt cavab verib:
“Sən ya bədbəxtsən, ya da axmaq”.
Tramp bildirib ki, o, vədlərini pozmayıb. Onun sözlərinə görə, heç vaxt dünyada müharibələrin tamamilə olmayacağına zəmanət verməyib.
ABŞ lideri həmçinin “dünyanın ən güclü silahlı qüvvələrini” yaratdığını vurğulayıb. O, İranın nüvə proqramına görə dayandırılmasının vacib olduğunu da qeyd edib.

