İraqda korrupsiya ilə bağlı aparılan istintaqlar çərçivəsində 375 kiloqram qızıl da daxil olmaqla milyonlarla dollar dəyərində əmlakın üzərinə həbs qoyulub.
Bu barədə İraq məhkəmə orqanları məlumat yayıb.
İraq Məhkəmə Şurası bildirib ki, istintaqdan yayınan şübhəlilərin həmin daşınmaz əmlakları qanunsuz gəlir mənbələrini gizlətmək məqsədilə öz əməkdaşlarının adına rəsmiləşdirdiyi müəyyən edilib.
Araşdırmaların korrupsiya cinayətləri və qanunsuz əldə edilmiş əmlakın gizlədilməsi istiqamətində davam etdiyi qeyd olunur.

