Böyük Britaniyanın üç regionunun birinci nazirləri Kir Starmerin baş nazir postundan getmək qərarından sonra mərkəzi hökuməti sərt tənqid ediblər.
Uels, Şotlandiya və Şimali İrlandiya hökumətlərinin rəhbərləri Vestminsterdə xaos yaşandığını bildirərək Londonla münasibətlərə yenidən baxılmasını tələb ediblər. Bəzi açıqlamalarda isə müstəqillik məsələsi yenidən gündəmə gətirilib.
Uelsin birinci naziri Rin ap Yorvert bildirib ki, Vestminsterdəki siyasi qarışıqlıq Uelslə lazımi kommunikasiyanı çətinləşdirir. Onun sözlərinə görə, Starmerin varisi Uelslə yeni münasibətlər qurmalı, bu münasibətlər səlahiyyətlərin artırılması, ədalətli maliyyələşmə və Uelsin demokratik mandatına hörmət üzərində formalaşmalıdır. ITV Wales də onun Starmerin istefasından sonra Uels üçün Vestminsterlə yeni münasibət çağırışı etdiyini yazıb.
Şimali İrlandiyanın birinci naziri Mişel O’Nil isə Böyük Britaniya ilə əlaqələrin kəsilməsinin irland xalqı üçün daha yaxşı gələcək yarada biləcəyini bildirib.
Şotlandiyanın birinci naziri Con Suinni də regionun ərzaq və enerji qiymətlərinin artması ilə bağlı problemləri yalnız müstəqillik əldə etdikdən sonra daha effektiv həll edə biləcəyini qeyd edib.
Starmerin istefası Böyük Britaniyada siyasi qeyri-sabitliyi daha da gücləndirib. Reuters yazır ki, ölkə son 10 ildə yeddinci baş nazir dəyişikliyinə hazırlaşır.