Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verdiyini açıqlayıb. Bu barədə Sky News məlumat yayıb.
Starmer bildirib ki, Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa verəcək. Bununla belə, o, varisi seçilənədək Böyük Britaniyanın baş naziri postunda qalacaq.
“Mən Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa verəcəyəm”, — deyə Starmer açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsindən yeni liderin seçilməsi üçün seçki qrafiki hazırlamağı xahiş edib.
Məlumata görə, partiya liderliyi uğrunda seçkilərdə iştirak üçün müraciətlərin qəbulu 9 iyulda başlayacaq.

