ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranın xoşməramlı addımını yüksək qiymətləndirib.
Söhbət ilyarım əvvəl saxlanılan ABŞ vətəndaşı qadının İranı tərk etməsinə icazə verilməsindən gedir.
Tramp bu barədə Truth Social hesabında yazıb.
“İran 2024-cü ilin dekabrında, yuxulu Co Baydenin prezidentliyi dövründə qanunsuz saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verdi. ABŞ İranın bu xoşməramlı addımını yüksək qiymətləndirir!”, — deyə Tramp bildirib.
ABŞ Prezidenti söhbətin kimdən getdiyini açıqlamayıb. Lakin o qeyd edib ki, həmin ABŞ vətəndaşı İrandan kənarda təhlükəsiz yerdədir və vəziyyəti yaxşıdır.

