ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı yekun qərarı özünün verəcəyini bildirib.
İsrailin bu satışa qarşı çıxmasına münasibət bildirən Tramp Türkiyənin güclü orduya malik olduğunu və mühüm müttəfiq sayıldığını vurğulayıb.
“Ərdoğan mənim dostumdur. Türkiyə yaxşı müttəfiq olub. Heç kim bizə nə satmalı olduğumuzu deyə bilməz”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti daha əvvəl də Türkiyəyə F-35 satışının nəzərdən keçirildiyini açıqlamış və Ankaranın yaxın gələcəkdə bu təyyarələri ala biləcəyinə işarə etmişdi.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Türkiyəyə F-35-lərin verilməsinin Yaxın Şərqdə hərbi qüvvələr balansını dəyişə biləcəyini bildirərək satışa qarşı çıxıb.
Tramp isə F-35 məsələsində son sözün Vaşinqtona məxsus olduğunu vurğulayıb.

