“Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qaqik Tsarukyana məxsus “Ararat” konyak-şərab-araq kombinatı Ermənistan Respublikasının idarəçiliyinə verilib.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, məhkəmə hüquq-mühafizə orqanlarının bununla bağlı vəsatətini təmin edib.
Qərar qanunsuz mənşəli əmlakın müsadirəsi işi çərçivəsində qəbul olunub. Araşdırma zamanı zavodun səhmləri saxlanılması və idarə olunması üçün Ermənistan hakimiyyətinə təhvil verilib.
Baş Prokurorluq Tsarukyan və onunla əlaqəli şəxslərə qarşı iddianı 9 oktyabr 2023-cü ildə Antikorrupsiya Məhkəməsinə təqdim edib. Həmin vaxt prokurorluq qanunsuz mənşəli hesab olunan əmlakın müsadirəsini tələb edib.

