Fransada kimyəvi sızma təhlükəsi ilə bağlı həyəcan elan olunub.
Yerli medianın məlumatına görə, ölkənin Mosel vilayətinin Qandranj şəhərində yerləşən fabrik anbarında səhər saatlarında yanğın baş verib.
Yanğın zamanı zəhərli maddələrin havaya yayılması təhlükəsi yarandığı üçün yaxınlıqdakı 5 yaşayış məntəqəsində təxminən 30 min nəfərə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Hadisə yerinə təxminən 150 yanğınsöndürən cəlb olunub. Yanğın söndürülsə də, 3 nəfərin yüngül xəsarət aldığı bildirilib.
Yanğının söndürülməsindən sonra sakinlərə evlərini tərk edə biləcəkləri bildirilib.
Hazırda ərazidə təhlükəli maddələrin təmizlənməsi və havanın keyfiyyətinin ölçülməsi işləri davam etdirilir.

