Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Yaponiyaya xəbərdarlıq edərək Pxenyanın “yeni hərbi qərarlar” qəbul edə biləcəyini bildirib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Kim Yo Çjon Yaponiyanın bu yaxınlarda keçirdiyi “Tomahawk” qanadlı raketinin sınaq buraxılışını sərt tənqid edib.
O, Tokionun addımlarını aqressiv fəaliyyət adlandıraraq bunun Şimali Koreya tərəfindən cavab tədbirləri ilə nəticələnə biləcəyini deyib.
Kim Yo Çjonun sözlərinə görə, Yaponiyanın raket sınaqları regiondakı hərbi gərginliyi artırır və Pxenyanı yeni təhlükəsizlik qərarları verməyə məcbur edə bilər.

