Amerikalı jurnalist Taker Karlson ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirib.
RT-yə müsahibəsində Karlson deyib:
“Prezidentliyə namizəd olmağı planlaşdırmıram, bu, dəqiqdir”.
Jurnalist daha əvvəl Ağ Ev rəhbəri Donald Trampın yaxın məsləhətçiləri sırasında yer alıb.
ABŞ-da növbəti prezident seçkilərinin 2028-ci ildə keçirilməsi planlaşdırılır. Amerika siyasi sisteminin qaydalarına əsasən, seçkilərdən əvvəl hər bir partiya daxili səsvermə – praymeriz keçirir, daha sonra isə milli qurultayda öz namizədini rəsmən təsdiqləyir.
Tarixən ümumi seçki kampaniyasında ən yüksək qələbə şansına Respublikaçılar və Demokratlar partiyalarının namizədləri malik olublar. Bununla yanaşı, nəzəri olaraq müstəqil namizədlər də seçki bülleteninə düşə bilərlər.

