"Kənd yerlərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Bu əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır. Məsələn, ibtidai sinif müəllimliyi və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur".
Den.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, burada iki məqam var:
"Biri fundamental problemdir. Daha kiçik məsələn, ibtidai məktəblərdə az, bəzən cəmi 2- 4 sinif olur. Belə olan halda musiqi dərsi cəmi 4 saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil. Çünki 4 saatın əməkhaqqı çox aşağı olur. Yaxud, 9 illik məktəblərdə toplasanız, bir müəllimin 9- 12 saat dərsi olur ki, əgər həmin kənddə yaşayan adam deyilsə getmir".
Nazir əlavə edib ki, əsas səbəb bunlardır:
"Buna görə də biz təhsilin strukturuna bir daha baxmalıyıq. Bilməliyik ki, nələr səmərəlidir, nələr yox. Burada obyektiv səbəblər var. Bunun müəllim çatışmazlığı ilə əlaqəsi yoxdur. Gördünüz ki, bu il yenidən 50 mindən çox insan müəllim olmaq istəyir. Onlaf kifayət qədər bacarıqlı, savadlı gənclərdir".
Şahnaz Əliyeva
Den.az
Nazir kənd məktəblərində 2 min müəllim vakansiyasının seçilməməsinin səbəbini AÇIQLADI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.