Naxçıvanda 11-ci siniflərin buraxılış imtahanının tarixi dəyişdirildi.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, əvvəlcə 15 mart 2026-cı il tarixinə planlaşdırılan imtahan 19 aprelə təxirə salınıb.
Bildirilib ki, imtahanda iştirak üçün buraxılış vərəqəsi yeni tarixdən təxminən bir həftə əvvəl Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdiriləcək.
Qeyd olunub ki, buraxılış vərəqəsini əvvəlcədən çap edən şagirdlər müəyyən olunmuş vaxtda sənədi yenidən saytdan yükləyərək çap etməlidirlər.

