Lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti 1 gün uzadılıb.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər. Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun yerləşdirilmə aparılacaq və qəbul nəticələri elan olunacaq.
Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq. Bundan sonra sənəd qəbulu prosesinə başlanılacaq.
Lisey və gimnaziya seçimi şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir.
Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Lakin seçim zamanı 3 lisey qeyd etmək məcburi deyil.
Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə olunur.

