2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupu üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, III ixtisas qrupu üzrə ümumilikdə 15 553 plan yeri ayrılıb. Bunlardan 11 848-i Azərbaycan bölməsi, 1 355-i rus bölməsi, 2 350-si isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
Ümumi plan yerlərinin 4 140-ı dövlət sifarişlidir.
DT (dil-tarix) altqrupu üzrə 13 373 yer ayrılıb. Bunlardan 10 423-ü Azərbaycan, 1 135-i rus bölməsinin, 1 815-i isə birgə müsabiqənin payına düşür. Bu altqrup üzrə 3 920 dövlət sifarişli yer nəzərdə tutulub.
TC (tarix-coğrafiya) altqrupu üzrə isə ümumilikdə 2 180 plan yeri ayrılıb. Onlardan 1 425-i Azərbaycan, 220-si rus bölməsi, 535-i birgə müsabiqə üçündür. Dövlət sifarişi üzrə 220 yer müəyyən edilib.

