Qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak üçün qeydiyyatdan keçən abituriyentlərin sayı bəlli olub.
İmtahanda iştirak etmək üçün ümumilikdə 97 404 abituriyent qeydiyyatdan keçib.
Məlumata əsasən I ixtisas qrupu üzrə 34 010, II ixtisas qrupu üzrə 28 520, III ixtisas qrupu üzrə 28 350, IV ixtisas qrupu üzrə 6 524 olmaqla, abituriyent öz elektron ərizələrini təsdiqləyiblər.
I ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin 30 548-i Azərbaycan bölməsi, 3 462-si rus bölməsi üzrə, II ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin 25 736-sı Azərbaycan, 2 784-ü rus, III ixtisas qrupunda qeydiyyatdan keçənlərin 25 269-u Azərbaycan, 3081-i rus, IV ixtisas qrupunda qeydiyyatdan keçənlərin 5 468-i Azərbaycan, 1056-ı rus bölməsi üzrə imtahanda iştirak edəcəklər.
İmtahanda yalnız qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə biləcəklər.
Xatırladaq ki, qeydiyyatın son tarixi 29 aprel idi.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də reallaşacaq.

