22 
apr
2024
13:35
60

Yaxın Şərqdə gedən müharibəyə münasibət bu halda dəyişə bilər - ŞƏRH

22 apr, 2024
13:35
60

Yaxın Şərqdə gedən müharibəyə münasibət bu halda dəyişə bilər - ŞƏRH

"ABŞ HƏMAS tamamilə məhv edilənə qədər İsrailə silah dəstəyi verəcək. Yəhudi dövləti Fələstinin radikal HƏMAS hərəkatından tamamilə xilas olana qədər ABŞ İsrailə silah təchizatını davam etdirəcək". Bu barədə ABŞ prezidenti Co Bayden yəhudilərin Hanukka bayramı münasibətilə Ağ Evdə keçirilən ziyafətdə bildirib. Bayden ABŞ-ın Qəzza zolağına da humanitar yardım göstərməyə davam edəcəyini vurğulayıb. Onun bu fikirləri birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. 

Mövzunu "Den.az"a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, ABŞ Prezidentinin bu bəyanatını eyni zamanda İsrailə xəbərdarlıq kimi də qiymətləndirmək olar: "Dünya ictimaiyyətinin Yaxın Şərqdə gedən müharibəyə münasibətinin dəyişməsi bilavasitə Amerikanın apardığı siyasətlə bağlıdır. Ağ Ev İsrailə dəstəyi dayandırarsa, heç şübhəsiz digər dövlətlər də onun ardınca adekvat addım atacaqlar. Buna görə də Bayden İsrail hökumətinə xəbərdarlıq edir ki, ABŞ-ın cızdığı xətdən kənara çıxmasın. Yəni Bayden Amerikanın bu regionda söz sahibi olduğunu bir daha diqqətə çatdırır. ABŞ prezidentinin sona qədər İsrailə silah verəcəyi ilə bağlı fikirinə gəlincə, vaxtında Ukraynaya da bu vədlər verilirdi. Təbii ki, Ukrayna İsrail qədər Amerika və onun həmkarları üçün əhəmiyyət kəsb etmir. Amma gələcəkdə hansı “sürprizlərin” olacağı da istisna edilməməlidir".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar