Düz 5 il öncə böyük bir sevinc və xoşbəxtlik yaşandı. Siyanfər Əliyevin dördəm nəvələri dünyaya göz açdı. Bu xoşbəxtliyi daha da artıran bir səbəb isə dördəmlərin Ulu Öndər Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adlarını daşımasıdır.
Den.az xəbər verir ki, 2019-cu il 27 may tarixində yaşanan xoşbəxtliyin üzərindən artıq 5 il vaxt keçib. İndi dördəmlərin hər biri gəzir, dil açıb danışır, ən əsası isə adlarını daşıdıqları şəxslərin kimliyini dərk edirlər. Elə babaları Siyanfər Əliyev də nəvələrinin adlarının onlara böyük şöhrət qazandıracağını düşünür.
İki oğul, iki qız nəvəsi olan Siyanfər Əliyev dördəmlərin hər birinin özünəməxsus xüsusiyyətlərindən fəxrlə söz açır. Bildirir ki, bağçada ingilis dilində təhsil alan uşaqlar Azərbaycanı dünyada tanıtmaq üçün elə indidən təhsillərinə xüsusi önəm verirlər.
Dördəmlərin həqiqətən də iti zəkalarının, güclü qavramaq qabiliyyətlərinin olması, bir sözlə adlarına layiq davranmağa çalışdıqları ilk baxışdan hiss olunur.
Qeyd edək ki, artıq 5 yaşları tamam olur dördəmlər gələn il məktəbə gedəcəklər. Müdriklərimizin dediyi kimi, adın insan həyatında oynadığı rol çox önəmlidir. Odur ki, Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyevin, tarixi torpaqlarımızı düşmən tapdağından təmizləyərək ərazi bötövlüyümüzü tam bərpa edən Prezident İlham Əliyevin, Azərbaycan xalqına əsl ana qayğısı ilə yanaşan Mehriban Əliyevanın, saflığı, qayğıkeşliyi və diqqəti ilə hər kəsə nümunə olan Leyla Əliyevanın adlarını daşıyan bu dördəmlər də ölkəmizin gələcək inkişafına töhfə verəcəklər və vətənimizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər.
Nizami Rəsulov
Den.az
“Heydərin güclü zəkası var, İlham isə elm dəryasıdır” – Dördəmlərlə maraqlı REPORTAJ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.