Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 182.3.2-ci və digər maddələri ilə təqsirləndirilən şəxs Ziya Hikmət oğlu Hüseynzadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.
Den.az Unikal.az-a istinadən xəbər verir ki, cinayət işində 3 qadın - İsayeva Gülnar Mahmud qızı, Əliyeva Xadijat Qurbanovna və Əliyeva Raziyyat Fərzadovna zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesində zərərçəkmişdən Xadijat Əliyeva iştirak edib.
Qeyd edək ki, Raziyyat Əliyeva model kimi tanınıb.
Məhkəmənin növbəti gedişində Ziya Hüseynzadə ifadə verib:
"2021-ci ildən Raziyyat Əliyeva ilə yaxınlıq eləməyə başladım. Ancaq onunla ilk dəfə 2015-ci ildə pul qarşılığında görüşmüşəm. Belə də, hər ay ona pul verirdim. Sonra onunla bir yerdə yaşamağa başladıq. Münasibətlər 2023-cü ilə kimi davam etdi. Raziyyat işlətdiyi gözəllik salonunun kirayə pulunu- 4 min manatını ödəməyi mənə dedi".
Məhkəmənin bu yerində zərərçəkənin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı şifahi vəsatət verdi. Təqsirləndirilən şəxs, onun vəkilləri və dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar verməyi məhkəmənin mülahizəsinə buraxdılar. Hakim Siyavuş Hacıyev vəkilin vəsatətini qəbul edərək iclası qapalı keçirdi.
İttiham aktına görə, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətdə olduğu Raziyyat Əliyeva kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə də həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.
Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.
Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.
Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.
Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecə yarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.
İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.
"İlk dəfə pul qarşılığında görüşmüşük" - Ziya DANIŞDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.