Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Den.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib. O özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, o Ermənistanın xüsusi xidmət orqanları ilə məkdaşlıq etməyib: “Telegram kanalında bir nəfər Rusiya vətəndaşı ilə tanış olmuşam. Məqsədim tanışlıq olub. Mən ona Azərbaycan barədə məlumat vermək məqsədim olmayıb”.
Proses sentyabrın 25- də davam etdiriləcək.
İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Fidan Əliyeva “Telegram”sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və video görüntülər göndərib.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fidan Əliyeva saxlanılıb./News24.az/
DTX-nın həbs etdiyi casus Fidan Əliyeva KİMDİR? – O, erməni xüsusi xidmət orqanı əməkdaşı ilə görün necə tanış olub

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.