Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.
Den.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.
"Biz hər il MDB-nin mədəniyyət paytaxtını seçirik və bu, bizim ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan yaradıcı və humanitar tədbirlər mərkəzinə çevrilir. İndi bu, Səmərqənddir və təsdiqimiz üçün təklif olunan layihə qərarına əsasən, estafeti Azərbaycanın Laçın şəhəri", - deyə V.Putin bildirib.
Qeyd edək ki, Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı olacaq - Putin

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.