Ukraynada qadınların hərbi xidmətə cəlb edilməsi məsələsi ciddi müzakirələrin mərkəzindədir. Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa, ordudakı müxtəlif sahələr üzrə ixtisaslı kadrlara ehtiyac olduğunu vurğulayaraq bu təklifi gündəmə gətirib. Bu addımın savaşda həlak olanların sayının artması fonunda daha da əhəmiyyət qazandığı qeyd edilir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov Den.az-a verdiyi açıqlamalara görə, Ukrayna müharibəsində ölən hərbçilərin sayı yüz minlərlədir. Ölkənin demoqrafik vəziyyəti nəzərə alınaraq, qadınların hərbi xidmətə cəlb edilməsi təklifi qaçınılmaz bir zərurət kimi görünür. Xəyal Bəşirov, Ukraynanın əhalisinin Rusiyadan üç dəfə az olduğunu və rəsmi Moskvanın miqrantları müharibəyə cəlb etmə qabiliyyətinə malik olduğunu qeyd edir.
Digər tərəfdən, Qərbin Ukraynaya döyüş meydanında iştirak edəcək əsgərlər baxımından dəstək verməməsi də vəziyyəti çətinləşdirir. Müharibənin uzun müddət davam etməsi və ağır itkilər, Ukraynanı əlavə qüvvələr cəlb etməyə məcbur edir. Ukraynada qadınların hərbi xidmətə cəlb olunması həm zərurət, həm də ictimai müzakirə mövzusu olaraq qalır.
Bu vəziyyət belə davam edərsə Ukrayda dünya xəritəindən silinə bilər...
Ellada Rəsul
Den.az