ABŞ Harvardın ardınca digər universitetlərə də xarici tələbələri qəbul etməyi qadağan edə bilər.
Den.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik üzrə naziri Kristi Noem açıqlama yayıb.
*** 22:55
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici tələbə qəbuluna icazəsini dayandırıb.
Den.az xəbər verir ki, bu barədə məlumatı “The New York Times” qəzeti yayıb.
Qəzetin əldə etdiyi məlumata görə, ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem universitet rəhbərliyinə göndərdiyi məktubda qeyd edib:
“Sizi məlumatlandırıram ki, Harvard Universitetinin xarici tələbələr və akademik mübadilə proqramına verilmiş lisenziya ləğv edilib.”
Tramp və onun administrasiya nümayəndələri daha əvvəl də Harvard və digər nüfuzlu Amerika universitetləri barədə tənqidi bəyanatlar vermişdi. Rəsmilərin fikrincə, bu universitetlər yəhudi tələbələri Qəzza zolağındakı hərbi əməliyyatlara qarşı çıxan fələstinpərəst aktivistlərdən qorumaqda acizdir.
Qeyd edək ki, ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi daha əvvəl Harvard Universitetinə ayrılmış 60 milyon dollar dəyərində federal qrantları da ləğv etmişdi. Nazirlik bu qərarı universitetin antisemitizm, etnik və irqi ayrı-seçkiliklə bağlı problemləri lazımi şəkildə həll edə bilməməsi ilə əsaslandırmışdı.