ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
“Den.az” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.
“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib.
İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.
O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.