Rusiya Dövlət Dumasının deputatı, “Yeni İnsanlar” fraksiyasının rəhbərinin müavini Sardana Avksentyeva Rusiyada miqrantların vətəndaşlıq alması üçün yeni maliyyə şərti irəli sürüb.
Den.az xəbər verir ki, o, daxili işlər naziri Vladimir Kolokoltsevə ünvanladığı rəsmi məktubda bu məsələni qaldırıb.
Avksentyeva təklif edir ki, Rusiya vətəndaşlığı almaq istəyən miqrantlar ölkədə qaldıqları dövr ərzində ən azı 10 milyon rubl (təxminən 114 min ABŞ dolları) vergi ödənişi etdiklərini rəsmi şəkildə sübut etməlidirlər.
“Miqrantların iqtisadi töhfəsi hazırkı sistemdə nəzərə alınmır və bu, sosial infrastruktur və büdcə üçün risklər yaradır,” – deyə deputat qeyd edib.
Deputatın fikrincə, bu təklif həm leqal məşğulluğu təşviq edəcək, həm də büdcəyə əlavə vergi daxilolmalarını təmin edəcək. Məktubda vurğulanır ki, təklif olunan maliyyə şərti vətəndaşlıq üçün məcburi tələb kimi tətbiq olunmalıdır.