DenMedia.az bildirir ki, bu fikirləri sentyabrın 2-də İrəvanda Azadlıq Meydanında keçirilən mitinqdə Daşnaksütyun Bürosunun nümayəndəsi, “Ermənistan” blokunun deputatı Armen Rustamyan səsləndirib.
O əlavə edib ki, hazırda aparılan siyasət Ermənistanın “türkləşməsi” təhlükəsini yaradır.
“Mövcud rejim xalqı bilərəkdən alçaldıcı məğlubiyyətə aparıb. Bu rejim 44 gün qələbədən danışdı, minlərlə insanı ölümə göndərdi və nəticədə ‘29 743 kv. km-lik “Real Ermənistan” ideyasını ortaya atdı. Artıq Ermənistan subyekt kimi əhəmiyyətini itirib geosiyasi maraqların toqquşma meydanına çevrilə bilər. Bu vəziyyətdən çıxış yolu xalqın konsolidasiyasıdır. Erməni xalqının dövlətçiliyini qorumaq imkanı var. Sadəcə, bu hakimiyyəti kənarlaşdırmaq və problemləri həll etməyə qadir qüvvələri gətirmək lazımdır”, – Rustamyan vurğulayıb.