Polşa və Rumıniya son dron insidentlərindən sonra Türkiyənin Merops hava müşahidə sistemini ölkədə yerləşdirməyi planlaşdırır.
DenMedia.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiya pilotsuz təyyarələrinin NATO hava məkanını pozmasından sonra alyans Türkiyənin hava müşahidə sisteminin operativ şəkildə yerləşdirilməsinə ümid bəsləyir.
Operator hazırlığı Ukraynanın iştirakı ilə planlaşdırılır. Bu istiqamətdə ilk addımlar gələn həftənin əvvəlində atıla bilər.
Sistem helikopterlərə quraşdırıla bilir. Hətta bulud və toz arasından belə düşmən hədəflərini aşkar etməyə qadirdir.
Qeyd edək ki, bu sistem ilk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edilib. Globalinfo.az