Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilmiş terror hadisəsi üzrə işdə zərərçəkmişlərin müdafiəsinə təqsirləndirilənlərdən Araz və Emin Ağalarovların aktivlərinin həbs edilməsi tələbi üzrə bir əsas ekspertizanın nəticələri alınana qədər istintaq tərəfindən rədd edilib.
“DenMedia.az” xəbər verir ki, bu barədə zərərçəkmişlərin vəkili İqor Trunov TASS-a məlumat verib.
Vəkilin bildirdiyinə görə sənəddə deyilir:
“Cinayətə görə məsul şəxslərin dairəsini və onların törədilmiş cinayətdə iştirak səviyyəsini, həmçinin təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin həcmini müəyyən etmək məqsədilə bir sıra kompleks məhkəmə ekspertizaları təyin olunub. Bu ekspertizaların müddəti, tədqiq olunan obyektlərin mürəkkəbliyi və böyük həcmilə bağlıdır. Ekspertizaların nəticələrinə əsasən, təqsirləndirilənlərin hərəkətlərinə hüquqi qiymət veriləcək və təminat tədbirlərinin tətbiqi məsələsi həll olunacaq. Bu baxımdan, hazırda təqdim olunmuş vəsatət təmin edilə bilməz.”
Sənəddə həmçinin qeyd olunur ki, hazırda təminat tədbirlərinin tətbiqi tezdir, çünki Rusiya qanunvericiliyinə görə, zərərçəkmişlərin nümayəndəsinin tələb etdiyi həbs yalnız təqsirləndirilən və ya ittiham olunan şəxsin, yaxud qanunla onların hərəkətinə görə maddi məsuliyyət daşıyan şəxslərin əmlakına aid ola bilər.