25 
mar
2024
14:58
112

Moskva xəstəxanasında bomba HƏYƏCANI: 700 nəfər təxliyə olundu

25 mar, 2024
14:58
112

Moskva xəstəxanasında bomba HƏYƏCANI: 700 nəfər təxliyə olundu

Rusiyanın Moskva şəhərində partlayış təhlükəsi ilə əlaqədar olaraq “Crocus City Hall”dakı terror aktı qurbanlarının da müalicə olunduğu xəstəxanadan 700 nəfər təxliyə edilib.

Den.az yerli KİV-ə istinadla bildirir ki, mümkün partlayışla bağlı məktub Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib. Söhbət tibb müəssisəsinin bir neçə mərtəbəsində dörd kürək çantasında yerləşən 40 dəqiqəlik taymerli fosforlu əldəqayırma partlayıcı qurğulardan gedir.

İnsanlar binadan çıxarılıb. Hadisə yerinə təcili xidmətlər gəlib.

Martın 23-də Moskva vilayətinin İstra şəhər rayonunun rəhbəri Tatyana Vituşeva bildirib ki, sakinlər naməlum nömrələrdən “terror xarakterli” mesajlar alırlar.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskvada “Crocus City Hall” konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı Cinayət Məcəlləsinin 205-ci maddəsi ilə cinayət işi açıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar