24 
mar
2024
16:27
106

Navai terrorda zərər çəkənlərə 1 milyon ianə etdi - Fotolar

24 mar, 2024
16:27
106

Navai terrorda zərər çəkənlərə 1 milyon ianə etdi - Fotolar

Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident zamanı zərər çəkənlərə maddi yardım edib. 

“Den.az” xəbər verir ki, ifaçı bunu instaqram hesabında paylaşıb.

Navai Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18 451 manat) bağışlayıb. Yardımı terrorda ölənlərin ailələrinə etdiyini bildirən repçi izləyicilərini də yardıma səsləyib.

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 154 nəfər yaralanıb.








Bizimlə əlaqə saxlayın

Çox oxunanlar