Xəbər verdiyimiz kimi, oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində qətl törədilib.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev bıçaqlanaraq qətlə yetirilib.
Denmedia.az Qafqazinfo.az-a istiandən bildirir ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada vəfat edib.
Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.