İran rəhbərliyi respublikanın qlobal internetdən ayrılmasına hazırlığa başlayıb. Bu barədə The Guardian yazır.
KİV-in məlumatına görə, İranda artıq öz “ağ siyahı”sı formalaşdırılıb. Siyahıya daxili axtarış sistemləri, xəritələr və mesencerlər, eləcə də yalnız dövlət tərəfindən təsdiqlənmiş videoların dərcinə icazə verilən striminq xidməti daxil edilib.
Rəqəmsal hüquqlar üzrə ekspert Əmir Rəşidi bildirib ki, İranda daxili internetin “skelet versiyası” artıq fəaliyyət göstərir.

