ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan–ABŞ münasibətlərində yeni geosiyasi mərhələnin əsasını qoyan sənədlər imzalanıb.
Bu barədə Haber Global telekanalının ABŞ vitse-prezidentinin Azərbaycana səfərinə həsr olunmuş süjetində bildirilib. Videomaterialda Cey Di Vensin Bakıya səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilib.
Telekanalın şərhinə görə, imzalanan sənədlər strateji və geosiyasi baxımdan mühüm dönüş nöqtəsi hesab olunur və Bakı–Vaşinqton xəttində əməkdaşlığın dərinləşəcəyindən xəbər verir.

