ABŞ-ın vitse-prezidenti Cey Di Vens 9–11 fevral tarixlərində Azərbaycan, İtaliya və Ermənistana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Vens səfər çərçivəsində Bakı, Milan və Yerevan şəhərlərinə baş çəkəcək. Bildirilir ki, vitse-prezidenti bu səfərdə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.
Dövlət Departamentinin açıqlamasında vurğulanır ki, Vensin Azərbaycan və Ermənistana səfəri ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə dəstək vermək, eləcə də “Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsinə töhfə vermək məqsədi daşıyır.
Rəsmi Vaşinqton bu səfəri Yaxın regionda sülh, iqtisadi əlaqələr və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyətli addım kimi qiymətləndirir.

