İcbari Tibbi Sığorta (İTS) Fondunun 2025-ci il büdcəsinin TƏBİB və İTS iş birliyi sayəsində 50–60%-i bu şəbəkəyə daxil olan klinikalar arasında bölüşdürülüb. Yerdə qalan 40% digər klinikaların payına düşüb ki, bu ədalətsiz bölgü həmin klinikalarda ciddi maliyyə sıxıntılarına gətirib çıxarıb. Xəstələrin özəl tibb mərkəzləri arasında paylanmasında qeyri-obyektivlik müşahidə olunur. Eyni zamanda xəstələrin kütləvi şəkildə eyni tibb müəssisələrinə göndərilməsi halları var. Bu səbəbdən bir çox özəl klinika xəstələr üçün göndəriş almaqda çətinlik çəkir.
Şəbəkəsinin əsas fiqurlarından biri də Yeni Klinikanın direktoru Barat Yusubovdur.
TƏBİB direktoru ilə dostluq və iş birliyi sayəsində “EGE”(Direktoru Baratın həyat yoldaşıdır), “Olimp” və “HP Güvən” klinikalarına xəstələrin yönləndirilməsi nəticəsində ciddi gəlirlər əldə edilib. Son zamanlar gedən yoxlamalar zamanı bilərəkdən dövriyyəni aşağı salsalar da, “EGE” hospital yaxın tarixlərə qədər digər klinikalardan 15–20 dəfə çox sığorta dövriyyəsi edib ki, bu da kifayət qədər böyük məbləğdir. Söhbət milyonlardan gedir. Yeni Klinikaya gələn xəstələr “EGE” hospitala yönləndirilib.
Bütün xəstələrin kodları İTS tərəfindən təsdiqlənir və bunun üçün münbit şərait yaradılır.
İTS-nin çətiri altında olan klinikalar — Yasamal Hospital, Avropa Beynəlxalq Hospital, Gəncə Beynəlxalq Xəstəxanası və sair müəssisələr — Famil Musayev adlı biznesmenin nəzarəti altında olmaqla, görünüşdə dolayı yolla Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli və başqalarının gəlir mənbəyi kimi göstərilir.
Hətta bəzi böyük dövriyyəli özəl klinikaların qabaqcadan razılaşma əsasında onlara verilən İTS dövriyyəsinin 10%-ni rüşvət olaraq bu şəbəkəyə geri qaytarması xəbərləri də dolaşır.
Hesab edirəm növbə Zaur Əliyevdədir. Çox güman ki, bu günlərdə onunla bağlı da qərar veriləcək. Demokrat.az
TƏBİB və İTS sövdələşməsi! — Milyonlar hara gedir?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

