17 
noy
2023
22:41
265

Sumqayıt səhiyyəsində daha bir BİYABIRÇILIQ-Təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılan şəxsə bizdə lazımı avadanlıq yoxdur cavabı verilib

17 noy, 2023
22:41
265

Sumqayıt səhiyyəsində daha bir BİYABIRÇILIQ-Təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılan şəxsə bizdə lazımı avadanlıq yoxdur cavabı verilib

Sumqayıtda agentlik vətəndaşın haqqı olan tibbi sığortanı qarşılamayıb.
 
Den.az xəbər verir ki, İnsult keçirən Sumqayıt sakini təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılıb. Lakin bildirilib ki, müəssisəsdə lazım olan avadanlıqlar yoxdur. Bu səbəbdən ağır durumda olan xəstə “Sumqayıt Hospital”a aparılıb.

O, 4 gün statisionar qaydada xəstəxanada yatırılıb və xərcləri öz hesabına qarşılanıb. Özəl tibb ocağının günlük qalma xərcləri baha olduğu üçün ailə icbari tibbi sığortadan yararlanmaq qərarına gəlib. Hospitalın sığorta bürosu tərəfindən agentliyə müraciət olunub. Qurum isə xəstənin hospitalda aldığı xidmətlərin dəyərini qarşılamaqdan imtina edib.
Halbuki icbari tibbi sığortadan istifadə qaydalarında qeyd olunub ki, təcili və təxirəsalınmaz hallarda vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa özəl tibb müəssisəsinə müraciət edə bilər. Ona göstərilən tibbi xidmət icbari sığortaya daxildirsə, agentlik tibbi xidmətin dəyərini qarşılayır.
Məlumata görə, xəstəyə göstərilən tibbi xidmət, yəni stasionar yatış icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Üstəlik “Sumqayıt Hospital” ilə İcbari Tibbi Sığorta Agentliyi arasında müqavilə var. Yəni sözügedən vətəndaşın sığorta xidmətlərindən yararlanmaq hüququ var.
Nəticə etibarilə xəstəyə bu imkanlar tanınmayıb və əməkhaqqından tibbi sığorta üçün vəsait tutulub.
İcbari Tibbi Sığorta Agentliyindən isə müvafiq departamentlərə məsələ ilə bağlı məlumat verildiyi bildirilib.

Agentlikdən icbari tibbi sığortadan şikayətlərlə bağlı açıqlama verilib. Məlumatda bildirilib ki, xəstə ilə bağlı Sumqayıt Hospitaldan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş stasionar tibbi xidmət (tibbi xidmətin kodu: 2.7.17.1) və beyin KT müayinələrinə əsasən Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri üzrə məbləğ ödəniləcək:

məlum olub ki, bəhs etsiyimiz xəstəyə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Üstəlik “Sumqayıt Hospital” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısına aiddir. Belə ki, xəstənin icbari tibbi sığorta xidmətlərindən yararlanmaq hüququ olduğu halda, bundan imtina edilib. 

Mənbə:Bizim.Media 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar