İran Xarici İşlər Nazirliyinin rəsmisi Esmail Baqai bildirib ki, Tehran hələlik nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağı planlaşdırmır.
DenMedia.az xəbər verir ki, bu barədə bazar ertəsi İranın Mehr agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Avropanın “üçlüyü” — Böyük Britaniya, Fransa və Almaniya — Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) mübahisələrin həlli mexanizmindən sui-istifadə edərək, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın maraqlarını irəli sürməyə çalışıb.
Baqai vurğulayıb ki, bu ölkələrin son aylardakı davranışı “məsuliyyətsiz və dağıdıcı” olub.
Bununla belə, o qeyd edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə dialoqa açıqdır və yeni əməkdaşlıq mexanizminin yaradılması barədə qarşılıqlı anlaşmaya nail olunub.