Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını vurub. Onun qalıqları Füceyra əmirliyində kənd təsərrüfatı sahəsinə düşüb.
Bu barədə əmirliyin hökumətinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Hadisə nəticəsində Banqladeş vətəndaşı xəsarət alıb və onu xilas etmək mümkün olmayıb.

