Mehr agentliyinin məlumatına görə, İranın cənubunda Siri adasında bir neçə partlayış baş verib. Hadisənin səbəbi hələlik məlum deyil.
Nəşr həmçinin bildirib ki, Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunda da silsilə partlayışlar qeydə alınıb.
Agentlik qeyd edib ki, baş verənlərin səbəbi hələ də müəyyənləşdirilməyib.

