İranın Məsləhət Şurasının üzvü Möhsən Rəzai dövlət televiziyasında çıxışı zamanı bildirib ki, zərurət yaranarsa, İran Silahlı Qüvvələri Fars körfəzində raketlərin çatdığı məsafədə olan bütün ABŞ hərbi gəmilərini məhv edə bilər.
Onun sözlərinə görə, atəşkəs rejiminin uzadılması Tehranın maraqlarına uyğun deyil.
“Atəşkəsin uzadılması bizim maraqlarımıza uyğun deyil. Bu mənim şəxsi fikrimdir. Təzyiq artırılmalıdır. Raket qurğularımız hazırda gəmilərə tuşlanıb və biz hamısını batıracağıq. Heç kim bizdən qaça bilməyəcək,” — deyə Möhsən Rəzai bildirib.

