İranın Yol və Şəhərsalma naziri Ferzane Sadıq ölkədə əsas tələbat mallarının təminatı ilə bağlı heç bir narahatlıq olmadığını bildirib. Bu barədə ISNA xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, nazir Limanlar və Dənizçilik Təşkilatının rəsmiləri ilə görüş keçirib. Sadıq çıxışında qeyd edib ki, ölkədə əsas ərzaq və tələbat məhsullarının təminatında problem yoxdur. O, həmçinin ölkənin cənub limanlarında yarana biləcək çətinliklərə qarşı şimal limanlarının imkanlarının artırılması və məhsul axınının sürətləndirilməsi üçün sərhəd-keçid məntəqələrinin tənzimlənməsi istiqamətində işlərin aparıldığını vurğulayıb. Nazir əlavə edib ki, hökumət əsas tələbat mallarının təminatı üçün intensiv fəaliyyət göstərir və müharibə şəraitində əhalinin ehtiyat toplamaqdan çəkinməsi də bu prosesdə mühüm rol oynayır.
İran hökumətindən açıqlama: ölkədə qıtlıq riski yoxdur
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

