Ukrayna mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən sükut rejimi tətbiq edəcəyini açıqlayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu addım Rusiyanın 8–9 may tarixləri üçün elan etdiyi atəşkəsə “güzgü cavabı”dır. Sükut rejimini 5-dən 6-na keçən gecə saat 00:00-dan elan edirik. Bu vaxta qədər real olaraq sakitliyin təmin olunması mümkündür. Göstərilən andan etibarən güzgü prinsipi ilə hərəkət edəcəyik, deyə Zelenski yazıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyevə sərt xəbərdarlıq edərək bildirib ki, Qələbə Gününün qeyd olunmasının pozulmasına yönəlmiş istənilən cəhd Ukrayna paytaxtının mərkəzinə zərbə ilə nəticələnə bilər. Qurum Zelenskinin İrəvanda səsləndirdiyi bəyanatlara da diqqət çəkib və onun 9 mayda Moskvaya zərbə endirilməsi ehtimalını istisna etmədiyini qeyd edib. Nazirlik eyni zamanda paytaxt sakinlərini və xarici diplomatik missiyaların əməkdaşlarını şəhəri vaxtında tərk etməyə çağırıb.

