İran Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müavini Mehdi Təbatəbai İran Prezidenti Məsud Pezeşkiyanın istefa verdiyi barədə iddiaları təkzib edib.
Təbatəbai ABŞ mərkəzli X sosial media platformasındakı hesabında Pezeşkiyanın istefası ilə bağlı yayılan iddialara münasibət bildirib.
O qeyd edib ki, Pezeşkiyan xalqa xidmət yolundan geri çəkilməyəcək. Təbatəbai Prezidentin istefa verdiyi barədə iddiaları rədd edərək bunu bəzi xarici media qurumlarının oyunlarının davamı kimi qiymətləndirib.
Təbatəbai həmçinin bildirib ki, İran xalqı birlik və həmrəylik məsələsində geri addım atmayacaq və iranlıların milli birliyini pozmaq istəyənlər bu arzularını yenə “məzara” aparacaqlar.

