İranın BƏƏ-dəki səfirliyi ravvin Zvi Koqanın qətlində əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib.
Den.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Qeyd edək ki, BƏƏ-də ravvin Zvi Koqanın öldürülməsindən sonra bir sıra KİV-lər qətldə İranı ittiham edib.
“Biz bu adamın öldürülməsində İranın əlinin olması ilə bağlı yayılan bütün iddiaları qəti şəkildə rədd edirik”, – deyə İranın BƏƏ-dəki səfirliyi vurğulayıb.
Xatırladaq ki, İsrail və Moldova vətəndaşlığı olan ravvin Zvi Koqa iki gün öncə BƏƏ-də qətlə yetirilib. İsrailin “Ynet” nəşri hücumun arxasında İranın dayanddığını yazıb.
Günəş Fərəh
Den.az
"Yayılan bütün iddiaları qəti şəkildə rədd edirik” - İran ravvinin öldürülməsindən danışdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.