ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə etdiyi görüş çağırışına münasibət bildirib.
Tramp Oval kabinetdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırarkən Zelenski ilə Putinin mümkün görüşünü müsbət qarşıladığını deyib.
“Onların bir araya gəlməyi müzakirə etmələrinə sevindim. Düşünürəm ki, bunda bizim də böyük payımız var. Əgər görüşsələr, əla olar. Bu işi həll etməlidirlər”.
ABŞ lideri bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq başa çatmalıdır.
Trampın sözlərinə görə, hər iki ölkə razılaşma əldə etmək üçün müəyyən güzəştlərə getməlidir. Lakin o, bu güzəştlərin nədən ibarət ola biləcəyi ilə bağlı sualları cavablandırmaq istəmədiyini bildirib.

