ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran ən azı yaxın bir həftə ərzində qarşılıqlı zərbələri dayandıracaq.
Trampın sözlərinə görə, tərəflər artıq cavab addımları atıblar, lakin hazırda fasilə verməyə hazırdırlar.
“Ona zərbə endirildi, o da cavab zərbəsi vurdu. Buna görə onu qınaya bilmərəm. Amma indi onlar bunu dayandırıblar. Buna görə də bir həftə və ya təxminən bu müddət ərzində bir-birlərini rahat buraxacaqlar”, — ABŞ Prezidenti qeyd edib.
Tramp həmçinin Vaşinqton və Tehran arasında razılaşmanın qısa zamanda əldə olunacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, nizamlanma üzrə saziş iki-üç gün ərzində bağlana bilər.
Amerika lideri danışıqlar prosesinin final mərhələsində olduğunu və tərəflər arasında ciddi fikir ayrılıqlarının demək olar ki, qalmadığını vurğulayıb.
“Düşünmürəm ki, hər hansı maneə var. Biz çox güclü, təsirli bir sazişin bağlanmasına çox yaxınıq”, — o bildirib.

