ABŞ Pentaqonunun İranla münaqişə zamanı itkiləri izləyən rəsmi internet saytında həqiqətə uyğun olmayan məlumatların göstərildiyi bildirilir. Bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, iyulun 23-də Hərbi İtkilərin Təhlili Sistemindəki (DCAS) statistikadan dörd ölən və onlarla yaralanan hərbçi barədə məlumat yoxa çıxıb.
Bundan əvvəl isə saytda İranla münaqişə zamanı 18 amerikalı hərbçinin öldüyü göstərilirdi. ABŞ Prezidenti Donald Tramp da Delaver ştatında həlak olan hərbçilərin nəşlərinin təhvil verilməsi mərasimində iştirak edərkən eyni rəqəmi təsdiqləmişdi.
Bununla əlaqədar ABŞ Senatındakı Demokratlar Partiyasının üzvləri Pentaqon rəhbəri Pit Heqsetə məktub göndərərək məlumatlardakı uyğunsuzluğa aydınlıq gətirilməsini tələb ediblər.

