İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumla bağlı Ukraynaya və onu dəstəkləyən ölkələrə sərt xəbərdarlıq edib.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hücum nəticəsində bir dənizçi həlak olub, daha bir nəfər yaralanıb. Tehran hadisəyə görə Ukrayna Silahlı Qüvvələrini ittiham edir.
Nazirliyin sözçüsü İsmayıl Bəqai bildirib ki, Ukraynanın himayədarı və tərəfdarı hesab edilən bütün tərəflər məsuliyyət daşımalıdır.
“Şübhəsiz ki, özünü Ukraynanın himayədarı və tərəfdarı hesab edənlərin hamısı məsuliyyət daşımalıdır. İran bunu cavabsız qoymayacaq”, – deyə o vurğulayıb.
İran tərəfi bundan əvvəl də hadisəni ölkənin ticarət gəmisinə qarşı hücum kimi qiymətləndirərək Ukraynanın Tehrandakı diplomatını Xarici İşlər Nazirliyinə çağırmışdı.

