İran ABŞ-ın IRIS Den gəmisinə hücumunu nasist Almaniyasının təcrübəsi ilə müqayisə edib.
Bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib. Onun sözlərini Tasnim agentliyi yayıb.
Xətibzadənin sözlərinə görə, ABŞ qüvvələrinin Şri-Lanka sahilləri yaxınlığında İranın IRIS Den gəmisinə hücumu silahsız gəmilərə qarşı edilən hücumlara bənzəyir.
“Amerikalılar faktiki olaraq nasist Almaniyası dövründə tətbiq olunan üsullarla hərəkət edirlər. Bu, çox təəssüf doğurur”, — deyə Səid Xətibzadə bildirib.
Bundan əvvəl İranda ABŞ və İsraillə “son əsgərə və son gülləyə qədər” döyüşməyə hazır olduqları da bəyan edilib. Səid Xətibzadə vurğulayıb ki, İranın artıq başqa seçimi qalmayıb.

