İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya Mərakeşdən keçməyə çalışarkən həyatını itirən qeyri-qanuni miqrantların sayı 88-ə yüksəlib.
İspaniya mətbuatının məlumatına görə, rəsmilər 30 iyuldan etibarən Seutaya daxil olan miqrantların şəhəri tərk edib-etmədiyini müəyyənləşdirmək üçün küçələrdə yoxlamalar aparırlar.
Daha əvvəl Mərakeşin Kastilyexos şəhəri sahillərindən Seutaya üzərək keçməyə çalışan 800-dən çox miqranta müdaxilə edilmişdi.
İspaniya hökuməti qeyri-qanuni keçid cəhdlərinin artması fonunda təhlükəsizliyi təmin etmək üçün silahlı qüvvələri bölgəyə yerləşdirib.
Rəsmi məlumatlara görə, son 24 saat ərzində Seutaya üzərək və ya piyada keçənlərin sayının 49 mindən çox olduğu ehtimal edilir.
İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünə qarşı hücum və pozuntu kimi qiymətləndirib.

