Kolumbiyanın Pereira şəhərində baş verən zəlzələdən 36 saat sonra bir qadın dağıntılar altından sağ çıxarılıb.
Boqota Yanğınsöndürmə Xidmətinin sosial şəbəkədə yaydığı məlumata görə, xilasedicilər Daniela Larqos Sançesi dağıntılar altından çıxarmağa nail olublar.
“Danielanı xilas edə bildik! Dağıntılar altında 36 saat qaldıqdan sonra Daniela Larqos Sançes xilas edildi”, – məlumatda bildirilib.
Xilasetmə əməliyyatı Pereira yanğınsöndürənləri ilə birgə həyata keçirilib.
Əməliyyatda, həmçinin Kolumbiya Milli Polisinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xüsusi dəstəsi iştirak edib.

